Air India 13 il əvvəl itirdiyi "Boeing"ini tapıb
"Air India" aviaşirkəti 10 ildən çoxdur itmiş hesab olunan təyyarələrindən birini Kalkutta hava limanında tapıb. "Oxuməni.az"ın "Lenta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə "Daily Mail" qəzeti yazıb.
Bildirilir ki, təyyarə demək olar ki, 13 il ərzində orada hərəkətsiz qalıb.
"Boeing 737-200" tipli təyyarə 2012-ci ildə itkin düşüb və uzun müddət bürokratik anlaşılmazlıqlar səbəbindən itmiş hesab olunub. Nəşr qeyd edir ki, əvvəlcə təyyarə 2007-ci ildə "Air India" ilə birləşən "Indian Airlines" şirkətinin qeydiyyatında olub. Sonra o, yük təyyarəsinə çevrilib və "India Post" poçt xidmətinə icarəyə verilib.
Qəzet yazır ki, təyyarə 10 il ərzində Kalkutta hava limanında olub və yalnız hava limanı administrasiyası daşıyıcıya "maneə törədən hava gəmisini" çıxarmaq xahişi ilə müraciət etdikdən sonra tapılıb. Gözləmə müddəti ərzində 85 min funt sterlinq (təxminən doqquz milyon rubl) məbləğində "parkinq" cəriməsi tətbiq edilib.
Almaz Həsənli






































.jpg)



.jpg)




















.jpg)



















