Rusiya Ukraynaya qarşı müharibə üçün Botsvana vətəndaşlarını muzdla orduya cəlb edir

Rusiya Ukraynaya qarşı müharibə üçün Botsvana vətəndaşlarını muzdla orduya cəlb edir

15:29
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiya Ukraynaya qarşı müharibə üçün Botsvana vətəndaşlarını muzdla orduya cəlb edir. Çox güman ki, onları şirin vədlər və aldatma yolu muzdlu kimi orduya cəlb edir və Ukrayna cəbhəsinə göndərirlər. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi Telegram-da məlumat yayıb.

Nazirlik qeyd edib ki, Botsvananın Xarici İşlər Nazirliyi vətəndaşlarının mümkün cəlb edilməsi barədə məlumat verib. Nazirlik əlavə edib ki, "Gənc Botsvana vətəndaşlarının manipulyasiya edilməsi və onları xarici müharibəyə cəlb etmək üçün yalan vədlər verilməsi narahatedicidir".

Tammiqyaslı müharibənin başlanğıcından bəri ruslar Afrika ölkələrindən də daxil olmaqla əcnəbiləri cəlb edirlər. Onlar təlim, iş və ya digər qısamüddətli imkanlar kimi təqdim edilən müxtəlif təkliflərlə yanıltılırlar.

Ukrayna Xarici İşlər Nazirliyi qeyd edib ki, Rusiya dövlət qurumları işə qəbul prosesində iştirak edir. Bu, BMT Nizamnaməsinin, beynəlxalq humanitar hüququn və fundamental insan hüquqları standartlarının kobud şəkildə pozulmasını təşkil edən mütəşəkkil və sistemli bir siyasətdir.

Xarici İşlər Nazirliyi Botsvana hakimiyyətinin şübhəli işə qəbul sxemləri ilə bağlı xəbərdarlığını alqışlayıb və yuxarıda qeyd olunan məlumatları araşdıracaq.

Əziz Mustafa