ABŞ yeddi ölkənin vətəndaşlarına tam giriş qadağası tətbiq edib

ABŞ yeddi ölkənin vətəndaşlarına tam giriş qadağası tətbiq edib

10:27
Bəyəndim (2) Bəyənmədim (0)

ABŞ Prezidenti Donald Tramp 1 yanvar 2026-cı il tarixindən etibarən yeddi əlavə ölkənin vətəndaşlarına tam giriş qadağası tətbiq edib. Bəyanat Ağ Evin saytında dərc edilib.

Tramp Əfqanıstan, Haiti, İran, Yəmən, Liviya, Myanma, Konqo Respublikası, Somali, Sudan, Çad, Ekvatorial Qvineya və Eritreya vətəndaşlarına giriş qadağasını qüvvədə saxlayıb. Bundan əlavə, Burkina Faso, Mali, Niger, Cənubi Sudan və Suriya vətəndaşlarına tam giriş qadağası tətbiq edilib. Sərəncam həmçinin "Fələstin Muxtariyyətinin sənədləri ilə səyahət edən şəxslərin" ABŞ-a girişini qadağan edir və məhdudlaşdırır. Əvvəllər qismən məhdudiyyətlərə məruz qalan Laos və Syerra-Leone vətəndaşlarına da tam giriş qadağası tətbiq edilib.

Qismən giriş məhdudiyyətləri Anqola, Antiqua və Barbuda, Benin, Kot-d'İvuar, Dominika, Qabon, Qambiya, Malavi, Mavritaniya, Nigeriya, Seneqal, Tanzaniya, Tonqa Krallığı, Zambiya və Zimbabveyə şamil olunur. Lakin, Türkmənistan üçün məhdudiyyətlər qismən yumşaldılıb və ABŞ artıq vətəndaşlarının qeyri-immiqrasiya vizaları ilə ölkəyə girişinə icazə verib.

Ağ Evin mətbuat xidmətinin yaydığı açıqlamaya görə, məhdudiyyətlər 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minəcək.

Almaz Həsənli