Avropa Ukrayna üçün təhlükəsizlik zəmanətləri planı təqdim edib

Avropa Ukrayna üçün təhlükəsizlik zəmanətləri planı təqdim edib

12:43
Bəyəndim (2) Bəyənmədim (0)


Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlardan sonra Avropa ölkələrinin liderləri Ukrayna üçün altı maddədən ibarət təhlükəsizlik zəmanətləri planı təqdim etdilər. Bu barədə "Azadlıq Radiosu" məlumat yayıb.
Plan aşağıdakıları əhatə edir:

  • Ukraynaya daimi hərbi dəstək və sülh dövründə Ukrayna Silahlı Qüvvələrinin sayının 800 min nəfərə qədər saxlanılması;
  • ABŞ-ın dəstəyi ilə "istəklilər koalisiyası" çərçivəsində Avropanın rəhbərliyi altında Ukrayna ərazisində mümkün əməliyyatlarla çoxmillətli qüvvələrin formalaşdırılması;
  • Atəşkəsə nəzarət mexanizmi, hansı ki, ABŞ-ın rəhbərliyi altında beynəlxalq nümayəndələrin iştirakı ilə vəziyyətin monitorinqi, hücumların erkən xəbərdarlığı, pozuntuların qeydə alınması və onlara cavab verilməsi üçün istifadə olunacaq;
  • Ukraynanın bərpası üçün investisiyalar, yenidənqurma üçün maliyyələşdirmə, həmçinin ticarət sazişləri və Rusiyadan zərərin kompensasiyası. Aİ-dəki Rusiya aktivləri dondurulmuş qalır;
  • Ukraynaya qarşı vəziyyətin gərginləşməsi və hücum halında hərbi, kəşfiyyat, iqtisadi və diplomatik vasitələrlə cavab vermək öhdəliyi;
  • Ukraynanın Aİ-yə daxil olmasının dəstəklənməsi.

Daha əvvəl bazar ertəsi günü Berlində Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq planı üzrə ikinci raund danışıqlar başa çatıb. Zelenskinin sözlərinə görə, ABŞ nümayəndə heyəti ilə danışıqlar məhsuldar və ətraflı olub, lakin ərazilər məsələsi həllini tapmayıb.
“Sky News”-un mənbəsinə istinadən yazdığına görə, ABŞ Prezidenti Donald Tramp danışıqların nəticələrindən razıdır. Nəşrin həmsöhbəti iddia edir ki, bir sıra məsələlərdə konsensus əldə olunub. “The Guardian”-ın məlumatına görə, ABŞ nümayəndə heyəti bildirib ki, tərəflər arasında məsələlərin "90 faizi" həll olunub.
Almaz Həsənli