Türkiyə ordusu Qara dəniz üzərində "nəzarəti itirən" pilotsuz təyyarəni vurub

Türkiyə ordusu Qara dəniz üzərində "nəzarəti itirən" pilotsuz təyyarəni vurub

12:02
Bəyəndim (1) Bəyənmədim (0)

Türkiyə ordusu Qara dəniz üzərində Türkiyə hava məkanına doğru uçan naməlum pilotsuz təyyarəni vurub. Bu barədə Türkiyə Müdafiə Nazirliyinin məlumatında deyilir.

Nazirliyin açıqlamasında bildirilir ki, hərbçilər Türkiyə hava məkanına yaxınlaşan "təyyarənin izini" aşkar ediblər. Əvvəlcə izlənilib, lakin sonda onu vurmaq qərarına gəlinib.

"Hava məkanının təhlükəsizliyini təmin etmək üçün NATO və milli komandanlığın nəzarəti altında olan F-16 qırıcı təyyarələrinə döyüş cavabı verilib. Hava hədəfinin nəzarətdən çıxmış pilotsuz uçuş aparatı olduğu müəyyən edilib. Türkiyə Müdafiə Nazirliyi bildirib ki, "hər hansı potensial mənfi nəticələrin qarşısını almaq üçün o, yaşayış məntəqələrindən kənarda təhlükəsiz ərazidə vurularaq məhv edilib".

Pilotsuz təyyarənin sahibi və ya onun mülki və ya hərbi olub-olmadığı da məlum deyil.

Əziz MUSTAFA