Dünyanın ən güclü orduları - Azərbaycan Ermənistanı 34 pillə geridə qoyub-Video

Dünyanın ən güclü orduları - Azərbaycan Ermənistanı 34 pillə geridə qoyub-Video

27 Yanvar 2022 16:24
Bəyəndim (0) Bəyənmədim (0)

“Global Fire Power” 2022-ci ilin ən güclü ordularının reytinqini təqdim edib.

Oxuməni.az xəbər verir ki, reytinqdə ölkələrin orduları texnoloji üstünlük, maliyyə imkanları, logistika qabiliyyəti, insan gücü və s. kimi 50-dən çox faktora görə sıralanıblar.

ABŞ siyahıda yer alan 140 ölkə arasında 1-ci yerdə qərarlaşıb. İkinci və üçüncü yerləri isə müvafiq olaraq Rusiya və Çin tutub. Azərbaycan dünyanın ən güclü orduları arasında 63-cü yeri tutub. Ermənistan 97-ci, Gürcüstan isə 88-ci yerdə qərarlaşıb.

Siyahıda 13-cü pillədə qərarlaşan Türkiyə ordusu dünyanın ən güclü orduları arasında yer alıb. Pakistan 9-cu, İran isə 14-cü olub. Fransa 7-ci, Böyük Britaniya 8-ci, Almaniya isə 16-cı yerdə qərarlaşıb.

Siyahıda son üç yeri müvafiq olaraq Somali, Kosovo və Butan tutub.