Macarıstan "neft tavanından" azad edildi: Rusiyadan istədiyi qiymətə neft ala bilər

Macarıstan "neft tavanından" azad edildi: Rusiyadan istədiyi qiymətə neft ala bilər

5 Dekabr 2022 13:19
Bəyəndim (0) Bəyənmədim (0)

Macarıstan Rusiyadan istədiyi qiymətə neft ala biləcək və bu, onun daxili işi hesab ediləcək.

Oxuməni.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Facebook-da yazıb. Onun sözlərinə görə, Avropa İttifaqında (Aİ) danışıqlar zamanı Respublikanın milli maraqları uğrunda "çox mübarizə aparıb" və nəticədə ölkəsi Rusiyadan xammal tədarükü üçün qiymət tavanından istifadə etmək ehtiyacından azad edilib.

"Neft qiymətlərinin tavanı ilə bağlı danışıqlar zamanı Macarıstanın maraqları üçün çox mübarizə apardıq və nəticədə uğur qazandıq: Macarıstan neft qiymətləri limitini tətbiq etməkdən azad edildi" deyə Siyarto yazdı.

Dekabrın 3-də Macarıstanın Xarici İşlər və xarici iqtisadi əlaqələr naziri bildirib ki, Rusiyadan dəniz yolu ilə gətirilən neftin qiymətinin tavanının tətbiqi Avropa iqtisadiyyatına ziyan vuracaq.

Elə həmin gün Avropa Komissiyası bildirib ki, G7 ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ) və Avstraliya dekabrın 5-dən etibarən Rusiya neftinin bir barel üçün 60 dollar qiymət tavanının tətbiqi ilə bağlı razılığa gəliblər.

Əziz Mustafa, Oxuməni.az