Ukraynada 30-cu illərin hadisələri təkrarlanır

Ukraynada 30-cu illərin hadisələri təkrarlanır

18 Aprel 10:57
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Ukrayna ərazilərinə təcavüz etməsi, İranın İsrailə zərbələr endirməsi ötən əsrin 30-cu illərində alman faşistlərinin müxtəlif bəhanələrlə Çexoslovakiyanın əsasən almanların yaşadığı Sudet vilayətini, Yaponiyanın Çinə hücumunu, İspaniyada vətəndaş müharibəsini xatırladır.

Bu sözləri Estoniyanın baş naziri Kaya Kallas beynəlxalq aləmdə günümüzdə əmələ gələn vəziyyətlə bağlı mətbuata verdiyi açıqlamasında deyib. Onun sözlərinə görə, Ukraynaya maliyyə, hərbi dəstək verilməyəcəyi halda bu ölkə Çexoslovakiyanın alman faşistlərinin işğalına məruz qaldığı taleni yaşamalı olacaq.

Kallas bəyan edib ki, Qərb ölkələri İranın hücumu ilə bağlı İsrailə göstərdiyi dəstəyi eyni tərzdə Ukraynaya da verməlidirlər. O, Qərb liderlərini tarixdən dərs almağa çağırıb.

Oxuməni.az