Türkiyənin Batman şəhərində iğtişaşlar davam edir
Türkiyənin ölkənin şərqində yerləşən Batman şəhərində iğtişaşlar üçüncü gündür ki, davam edir. Şəhərin bir sıra ərazilərində etirazçılarla polis arasında toqquşmalar olub.
Kütləvi etirazlar Türkiyə hakimiyyətinin kürd yönümlü Demokratik Cəmiyyət Partiyasını təmsil edən Mardin, Batman və Halfeti şəhərlərinin bələdiyyə sədrlərini vəzifələrindən uzaqlaşdırmaq qərarından sonra başlayıb.
Batman bələdiyyə sədri Gülistan Sönyuk “silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Oxşar ittihamlarla Mardin Bələdiyyə Başçısı Əhməd Türk 10 il, Halfeti Bələdiyyə Başçısı Mehmet Karayılan isə 6 il 3 ay 15 gün həbs cəzası alıb.
Oxuməni.az
Digər xəbərlər