Ukrayna ABŞ-dan “Tomaqavk”larla Rusiyanı vurmasına icazə verməsini xahiş etmək istəyir
Ukrayna hakimiyyəti Amerika lideri Co Baydenin administrasiyasına Rusiya ərazisinə “Tomaqavk” raketlərinin atılmasına icazə tələbi ilə müraciət edə bilər.
Bu məlumatı “Politico” Ukrayna parlamentinin milli təhlükəsizlik məsələləri üzrə komitəsinin sədr müavini Yeqor Çernevə istinadən yayıb.
Bir müddət əvvəl “The New York Times” ABŞ rəsmilərinə istinadən yazıb ki, Ukrayna lideri Vladimir Zelenskinin Rusiya Federasiyasının “qeyri-nüvə qarşısının alınması” paketi ilə bağlı təklif etdiyi “qələbə planı”nın bəndində Kiyevə uzunmənzilli “Tomaqavk” raketlərinin verilməsi tələbi də yer alıb.
Eyni zamanda, Zelenski Kiyevə raket ötürmək tələbi ilə bağlı məlumatın açıqlanmasından qəzəblənib və “tərəfdaşlar arasında məxfi heç nə yoxdur” deyə şikayətlənib.
“Politico”nun Çernevə istinadən qeyd etdiyi kimi, Kiyev bu yaxınlarda keçirilən seçkilərdə qalib gələn Donald Tramp ABŞ prezidenti vəzifəsinə başlamazdan əvvəl Amerika silahlarından necə istifadə edəcəyi barədə düşünəcək.
“O [Çernev] dedi ki, onlar [ukraynalılar] Bayden administrasiyasını sövq etməyə başlaya bilərlər ki, onlara... Tomaqavklardan Ukraynanın əli çatmayan yerdə Rusiya müdafiə zavodlarına zərbələr endirsinlər,”-məqalədə deyilir.
Eyni zamanda, bu raketlərin Ukrayna Silahlı Qüvvələrində olması barədə təsdiqlənmiş məlumat yoxdur. Bu raketlərin uçuş məsafəsi 2400 kilometrdir ki, bu da “ATACMS” raketlərinin radiusundan yeddi dəfə çoxdur.
Almaz Həsənli