Dünyanın ən qısaboylu və ən hündür qadınları ilk dəfə Londonda görüşüblər
Londonda dünyanın ən uzun və ən qısa qadınları arasında görüş keçirilib. Ginnesin Rekordlar Kitabının saytına görə türk veb-dizayner və Hindistandan olan aktrisa-blogger çay süfrəsi arxasında söhbət ediblər.
Türkiyəli Rumeysa Gelci bu gün planetin ən uzun qadınıdır. 27 yaşlı qızın boyu 215,16 sm-dir, ona nadir bir xəstəlik - bədənin sürətlə böyüməsi və sümük deformasiyasına səbəb olan Weaver sindromu diaqnozu qoyulbu.
Rumeysa başqa rekordlara da malikdir: qadının ən böyük əlləri, ən uzun kürəyi və ən uzun qulaqları var.
Dünyanın ən balaca qadını, Hindistandan olan 30 yaşlı Jyoti Amjinin boyu 62,8 sm-dir, onun diaqnozu sümük böyüməsinin pozulmasıdır.
Qeyd olunur ki, 152,36 sm boy fərqinə baxmayaraq, qadınlar tez bir zamanda həyat təcrübələrini bölüşərək dostlaşıblar.
Oxuməni.az