Suriyada müxalifət gücləri  Dəməşqi ələ keçiriblər

Suriyada müxalifət gücləri Dəməşqi ələ keçiriblər

8 Dekabr 08:26
Bəyəndim (0) Bəyənmədim (0)


Suriyada müxalifət gücləri Dəməşq üzərində nəzarəti bərqərar ediblər. Al Hadath telekanalının məlumatına görə, hökumət qüvvələri respublikanın paytaxtından geri çəkilir.

Məlumata görə, Suriyada müxalifət gücləri Dəməşqin mərkəzi Əməvi meydanına çatıb, həmçinin Suriya dövlət televiziyasının qərargahını da ələ keçiriblər. Eyni zamanda Şam FM radiostansiyası Dəməşqdə partlayışların baş verdiyini bildirir.

Həmçinin daha əvvəl bildirilmişdi ki, Dəməşq Beynəlxalq Hava Limanı bütün işçilər işlərini tərk etdikdən sonra fəaliyyətini dayandırıb.

Öz növbəsində ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyası Suriya lideri Bəşər Əsədin hakimiyyətinin bir həftə və ya bir neçə günə başa çata biləcəyini bildirib.

Əziz Mustafa