Cənubi Koreya müxalifəti təxribatı  araşdırmaq üçün qanun layihəsi hazırlayıb

Cənubi Koreya müxalifəti təxribatı araşdırmaq üçün qanun layihəsi hazırlayıb

9 Dekabr 12:20
Bəyəndim (0) Bəyənmədim (0)

Parlamentdə aparıcı müxalifət partiyası olan Toburo Demokratik Partiyasının nümayəndələri prezident Yun Seok Yeolu vətənə xəyanətdə, birinci xanımı isə qiymətli kağızlarla fırıldaqçılıqda şübhəli hesab edirlər. Onlar bununla bağlı xüsusi araşdırma aparılması üçün qanun layihələsi hazırlayıblar. Bu barədə Yonhap agentliyi məlumat yayıb.

Toburo deputatları qanun layihəsini müzakirə etmək üçün parlamentə təqdim ediblər.

Dekabrın 3-ü axşam saatlarında Yun Seok Yeol “Şimali Koreya tərəfdarı olan ünsürlərə” və parlament müxalifətinin hərəkətləri nəticəsində icra hakimiyyətinin iflic vəziyyətinə düşməsinə qarşı mübarizə məqsədilə hərbi vəziyyət tətbiq etdi və bu vəziyyət təxminən altı saat sonra ləğv edildi. Dekabrın 4-də müxalifət parlamentdə hərbi vəziyyət üçün əsas olmadığından prezidentin konstitusiyanı pozduğunu hesab edərək impiçment proseduruna başlayıb.

Oxuməni.az