Avstraliya Melburnda sinaqoqun yandırılmasını terror aktı kimi qiymətləndirib

Avstraliya Melburnda sinaqoqun yandırılmasını terror aktı kimi qiymətləndirib

9 Dekabr 14:15
Bəyəndim (0) Bəyənmədim (0)

Avstraliya polisi Melburnda Adass İsrail sinaqoqunun yandırılmasını terror aktı hesab edir. Bunu Viktoriya polisinin komissarı Şeyn Patton bildirib.

Onun sözlərinə görə, Təhlükəsizlik Kəşfiyyat Təşkilatı (ASIO) və Avstraliya Federal Polisi (AFP) tərəfindən aparılan araşdırma zamanı toplanan bütün sübutlar təhlil edilib. Ekspertlər belə qənaətə gəliblər ki, “Adas İsrail sinaqoqunun yandırılması çox güman ki, terror aktıdır ”.

Avstraliya Federal Polisi komissarının müavini Krissi Barret deyib ki, hazırda terror aktı ilə bağlı araşdırma aparılır.

Polis həmçinin yanğının təşkilində şübhəli bilinənlərin sayının 3-ə çatdığını bildirib, lakin istintaqın sirrini əsas gətirərək bu məsələ ilə bağlı əlavə şərh verməkdən çəkinib.

Oxuməni.az