Cənubi Koreya prezidenti həbs oluna bilər
Koreya Respublikasının yüksək vəzifəli məmurlarına qarşı Korrupsiya Cinayətlərinin İstintaq İdarəsi etiraf edir ki, ölkə prezidenti Yun Sok Yol qiyam (dövlətə xəyanət) ittihamı ilə həbs oluna bilər.
Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
"Hüquqi tədbirlər [şübhəlinin] mövqeyindən asılı olmayaraq mümkündür,"- idarə sözçüsü deyib. Bundan əvvəl polis və prokurorluq hərbi vəziyyətlə bağlı iddialar aldıqdan sonra prezidentə qarşı araşdırmalara başlayıb.
Cənubi Koreyanın ikinci ən böyük və hakim partiyası olan “Xalqın Gücü”nün lideri Han Don Hun, əvvəllər ölkədə hərbi vəziyyət elan etmiş prezident Yun Sok Yolun əmrlərini yerinə yetirən hərbçilərin hərəkətlərinin qanunsuz olduğunu bəyan edib.
Almaz Həsənli
Digər xəbərlər