Tramp: ABŞ NATO-dan çıxa bilər
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkənin Şimali Atlantika Alyansından çıxma ehtimalını istisna etməyib.
“TASS” xəbər verir ki, bu barədə o, “NBC News”-a müsahibəsində bildirib.
“Əgər onlar hesablarını ödəsələr, təbii ki,” -Tramp ABŞ-ın NATO-da üzvlüyünü saxlamaqla bağlı suala cavab verib. O vurğulayıb ki, müttəfiqlərin maliyyə öhdəliklərini yerinə yetirməsi Vaşinqtonun alyansda davamlı iştirakının əsas şərti olacaq.
Tramp dəfələrlə NATO-nun fəaliyyətindən narazılığını bildirib. Əgər o, noyabr seçkilərində qalib gəlsə, o, ABŞ-ı Şimali Atlantika Alyansının avropalı tərəfdaşları öz təhlükəsizlikləri üçün daha böyük maliyyə məsuliyyəti daşımasalar, onun tərkibindən çıxacağı ilə hədələmişdi. Tramp 2025-ci il yanvarın 20-də prezident kimi fəaliyyətə başlayacaq.
Almaz Həsənli