Ayı bir nəfərə hücum edərək onu parçalayıb
Kamçatkada ayı bir nəfərə hücum edərək onu parçalayıb. Bu barədə dekabrın 9-da Kamçatka ərazisinin fövqəladə hallar naziri Sergey Lebedev məlumat verib.
İnsident yerli vaxtla saat 13:30-da Karaginsk bələdiyyə rayonundakı mədən-metallurgiya kompleksi ərazisində baş verib.
Lebedev VKontakte sosial şəbəkəsində yazıb ki, Ayı Sigma-K müəssisəsinin işçisinə hücum edib.
İşçinin aldığı xəsarətlərdən yerindəcə öldüyü, ayının isə güllələndiyi bildirilir.
Oxuməni.az
Digər xəbərlər