ABŞ HTS-i terror təşkilatları siyahısından çıxara bilər
ABŞ prezidenti Co Baydenin administrasiyası Suriya prezidenti Bəşər Əsədi devirən “Həyat Təhrir əl-Şam” (HTŞ) qruplaşmasının xarici terror təşkilatları siyahısından çıxarılması imkanını nəzərdən keçirir. Bu barədə NBC News-a ABŞ-ın yüksək vəzifəli rəsmiləri məlumat verib.
Məlumata görə, müzakirələrin məqsədi “qlobal ictimaiyyətin yeni hökumətlə əlaqə qurması üçün yol yaratmaqdır”. İki mənbə HTŞ-nin terrorçular siyahısından çıxarılmasının “tezliklə” baş verə biləcəyini, üçüncü mənbə isə müzakirələrin hələ ilkin mərhələdə olduğunu qeyd edib.
Tarixən Əl-Qaidə ilə əlaqəli olan HTS-dən terrorçu statusunun çıxarılması barədə qərar qəbul edilərsə, bu, qrup lideri haqqında məlumat üçün verilən 10 milyon dollar mükafatın ləğvi demək olacaq.
Oxuməni.az