Suriyada Bəşər Əsədin atasının məzarı yandırılıb

Suriyada Bəşər Əsədin atasının məzarı yandırılıb

12 Dekabr 12:11
Bəyəndim (1) Bəyənmədim (0)


Ölkədə hakimiyyəti bərqərar edən suriyalı üsyançılar devrilən Bəşər Əsədin atası Hafiz Əsədin məqbərəsini təhqir edib. Bu barədə “BBC News” xəbər verir.
Məqbərə Latakiya əyalətinin şimal-qərbindəki Kardaha şəhərində yerləşir. Orada təkcə Hafiz Əsəd deyil, həyat yoldaşı Ənisə və böyük oğlu Bazil də dəfn olunub. Sonuncu hakimiyyəti miras almalı idi, lakin 1994-cü ildə avtomobil qəzasında öldü.
1971-2000-ci illərdə Suriyaya rəhbərlik etmiş Hafiz Əsədin tabutu cəsədi ilə birlikdə yandırılıb. Anisa və Basil Əsədin məzarlarının təhqir edilib-edilmədiyi məlum deyil.
Almaz Həsənli