Si Cinpin Donald Trampın andiçmə mərasimi üçün Vaşinqtona gəlməyəcək

Si Cinpin Donald Trampın andiçmə mərasimi üçün Vaşinqtona gəlməyəcək

13 Dekabr 10:25
Bəyəndim (0) Bəyənmədim (0)

Çin prezidenti Si Cinpin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın dəvət olunduğu andiçmə mərasimi üçün Vaşinqtona gəlməyəcək. Bu barədə Amerikanın CBS Nevs telekanalı məlumat yayıb. Ağ Evin yeni rəhbərinin andiçmə mərasimi 2025-ci il yanvarın 20-nə təyin edilib.

"Çinin ABŞ-dakı səfiri və həyat yoldaşının tədbirdə iştirakı gözlənilir, bu, standart təcrübədir", - telekanalın açıqlamasında deyilir. Mənbələr səfirə Si Cinpinin özünün yox, Pekindən olan digər rəsmilərin qatıla biləcəyini istisna etməyib.

Oxuməni.az