Vladimir Zelenski nə vaxt və hansı şəraitdə danışıqlar masasına oturacağına özü qərar verməlidir

Vladimir Zelenski nə vaxt və hansı şəraitdə danışıqlar masasına oturacağına özü qərar verməlidir

17 Dekabr 2024 14:21
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna prezidenti Vladimir Zelenski nə vaxt və hansı şəraitdə danışıqlar masasına oturacağına özü qərar verməlidir. Co Bayden prezidentlik müddətinin sonuna qədər buna kömək edəcək.

Bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Müvafiq bəyanat ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın müharibəni dayandırmaq üçün danışıqlarda israrlı olan Ukraynaya münasibətini şərh etmək xahişinə cavab olaraq verilib. Kirbi ABŞ-ın yeni rəhbərinin mövqeyi ilə mübahisələrə girməyəcəyini qeyd edib, eyni zamanda, indiki administrasiyanın hazırda əsas prinsipləri qoruduğunu vurğulayıb.

Con Kirbi əlavə edib ki, Ukrayna xalqı Vladimir Zelenskini prezident seçib, ona görə də danışıqların nə vaxt və hansı şəraitdə baş tutması barədə qərarı da o özü verəcək

Oxuməni.az