Çinin ən böyük aviaşirkəti “Air China” Gürcüstanın aviasiya bazarına daxil olub
Çinin ən böyük aviaşirkəti “Air China” Gürcüstanın aviasiya bazarına daxil olub. Bu barədə bazar ertəsi “Sinxua” agentliyi Gürcüstan Hava Limanları Assosiasiyasına istinadən məlumat yayıb.
Bazar ertəsi axşam “Air China” ilk birbaşa uçuşunu Urumçidən Gürcüstanın paytaxtı Tbilisiyə həyata keçirib.
“Birbaşa reys göyərtəsində 98 sərnişin olan “Boeing 737-800” təyyarəsi ilə həyata keçirilib.
Gürcüstan Hava Limanları Assosiasiyası Tbilisi Beynəlxalq Hava Limanında ilk sərnişinlər və aviaşirkətin nümayəndələri üçün təntənəli qarşılanma mərasimi təşkil edib.
“Air China”, “China Southern Airlines”-dan sonra Gürcüstanın aviasiya bazarına daxil olan ikinci Çin aviaşirkətidir.
Almaz Həsənli
Digər xəbərlər