Türkmənistan-Rusiya münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub
Son illərdə Rusiya ilə Türkmənistan arasında iqtisadi, siyasə və mədəni münasibətlər sürətlə inkişaf etdirilməkdədir. Bunu türkmənlərin Rusiyaya axının artmasında da aydın görmək olar. Məsələn, dekabrın 1-nə olan məlumata görə, Rusiya səfirliyi 109 mindən çox türkmənə viza verib ki, onlardan 30,5 mini təhsil, 58 mini isə turistdir. Bu rəqəmlər 2023-cü ilin eyni dövrünün nəticələrindən 50% çoxdur və verilən turist vizalarının sayı 60%-dən çox artıb.
İki ölkə arasında elm, təhsil sahəsində də əməkdaşlıq da sürətlə inkişaf etdirilir. Belə ki, hazırda Rusiya universitetlərində Türkmənistandan olan 47 mindən çox tələbə təhsil alır. Ən populyar təhsil müəssisələri Moskva, Sankt-Peterburq, Kazan, Həştərxan, Volqoqrad, Saratov və Rostov-na-Dondur. Xatırladaq ki, 2022-ci ilin məlumatlarına görə, Rusiya universitetlərində 30,7 mindən çox Türkmənistan vətəndaşı təhsil alıb. İki il ərzində Rusiyada ali təhsil alanların sayı 17 minə yaxın artıb ki, bu da olduqca böyük rəqəm hesab edilə bilər.
Bu il Rusiya hökumətinin Türkmənistandan olan abituriyentlərin büdcə hesabına təhsil alması üçün ayrılan kvota iki dəfə artırılıb .
Buna paralel olaraq Aşqabadda Rusiya-Türkmən Universitetinin yaradılmasna hazırlıq gedir və bu ali təhsil mərkəzinin yaxın vaxtlarda istifadəyə veriləcəyi gözlənilir.
Buna paralel olaraq A.S.Puşkin adına rus-türkmən məktəbi ölkənin ən nüfuzlu məktəblərindən biri hesab olunur. İbtidai sinif şagirdləri üçün yeni məktəb binasının tikintisinə gələn ildən başlanacaqdır.
Rusiya ilə Türkmənistan arasında iqtisadi sahədə də sürətli inkişaf özünün göstərir. Bu müstəvidə dəd 2024-cü ilin yeddi ayı ərzində Rusiya ilə Türkmənistan arasında qarşılıqlı ticarətin həcmi 58% artıb.
Hazırda Türkmənistanda Rusiya kapitalının iştirakı ilə 190-a yaxın təsərrüfat subyekti fəaliyyət göstərir. Onların arasında PJSC Qazprom, PJSC Kamaz, ASC PA Vozrojdenie, PJSC Tatneft, PJSC TMK-nın nümayəndəlikləri və filialları var. Rusiya subyektləri arasında türkmən həmkarları ilə qarşılıqlı əlaqədə liderlər Tatarıstan Respublikası, Sankt-Peterburq, Həştərxan və Çelyabinsk vilayətləridir.
İki ölkə arasında siyasi əlaqələrdə də canlanma his olunur. Bunu iki ölkə rəsmiləri arasında qarşılıqlı səfərlərin artması da təsdiq edir. Belə ki, 2024-cü ildə Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Rusiyaya üç dəfə səfər edib. Rusiya prezidenti Vladimir Putin bir dəfə Aşqabada səfəə gəlib.
Əziz Mustafa, Oxuməni.az