İranda rusiyalı yük maşını sürücüsü qətlə yetirilib
İranın şimal-qərbində Dağıstandan olan yük maşını sürücüsünün meyiti tapılıb. “RİA Novosti” bu barədə Moskvanın Tehrandakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sürücünün meyiti dekabrın 16-da güllə yaraları ilə tapılıb.
Diplomatik nümayəndəlik İran hakimiyyətini insidentlə bağlı təcili araşdırma aparmağa və “sərhəd keçidində asayişi bərpa etməyə” çağırıb. Səfirliyin məlumatına görə, yerli hüquq-mühafizə orqanları diplomatlarla razılaşdırılaraq insidentlə bağlı araşdırma aparır.
Dekabrın 15-də itkin düşmüş respublikanın Qayakənd rayonundan olan vətəndaşın meyiti Astara şəhərində tapılıb.
Dağıstanın Nəqliyyat Nazirliyinin məlumatına görə, zərərçəkmiş beynəlxalq daşımalarla məşğul olub.
“Hazırda İran hakimiyyəti cinayətin səbəblərinin müəyyən edilməsi və şübhəlilərin axtarışı üçün istintaq və əməliyyat tədbirləri həyata keçirir. İstintaqda Rusiya hakimiyyətinin nümayəndələri də iştirak edir”, - nazirlikdən bildiriblər.
Almaz Həsənli