Nazirlər Kabinetinin formalaşdırılması ilə bağlı danışıqlar uğursuzluqla nəticələnib

Nazirlər Kabinetinin formalaşdırılması ilə bağlı danışıqlar uğursuzluqla nəticələnib

6 Yanvar 10:27
Bəyəndim (0) Bəyənmədim (0)

Bolqarıstanda ölkənin yeni hökumətinin formalaşdırılması ilə bağlı danışıqlar uğursuzluqla nəticələnib. Bununla bağlı Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşlar (GERB) partiyasının mətbuat xidmətinin məlumatına görə, gələcək hökumətlə bağlı danışıqlar dayandırılıb.

“Demokratik Bolqarıstan koalisiyası ilə gələcək hökumətin və onun liderinin şəxsi tərkibi ilə bağlı razılıq əldə olunmayıb”, - məlumatda deyilir.

Növbədənkənar seçkilərin qaliblərinin koalisiyası - GERB partiyası və Demokratik Qüvvələr İttifaqı danışıqlarda iştirak edənlərə - "Bolqarıstan Sosialist Partiyası - Vahid Sol" koalisiya qrupuna və "Belə bir xalq var" partiyasına - danışıqlarda iştirak etdiklərinə görə təşəkkür edib.

Oxuməni.az