Qazaxıstanın əksər vilayətlərində  yanvar-noyabr aylarında əhalinin sayı azalıb

Qazaxıstanın əksər vilayətlərində yanvar-noyabr aylarında əhalinin sayı azalıb

6 Yanvar 14:07
Bəyəndim (0) Bəyənmədim (0)

2024-cü ilin yanvar-noyabr ayları ərzində Qazaxıstanın əhalisi 231,5 min nəfər və ya 1,12% artaraq dekabrın 1-nə 20 265,3 min nəfərə çatıb.

Əhalinin ən yüksək artım templəri Astanada qalır - onun əhalisi ilin əvvəlindən 6,34% artaraq 1520,8 min nəfərə çatıb. Astanadan başqa, əhalinin respublika səviyyəsindən yuxarı artım templəri yalnız dörd regionda - Almatı (2,59%), Çimkənd (2,55%), Manqistau vilayəti (2,13%) və Almatı vilayətində (1,75%) müşahidə olunur. Digər beş regionda əhalinin sayı ölkə üzrə orta göstəricidən daha yavaş artır.

Qazaxıstanın 10 regionunda-Şimali Qazaxıstan, Kostanay, Pavlodar, Şərqi Qazaxıstan, Qaraqanda, Akmola, Jambil vilayətləri, həmçinin Abay, Jetısu və Ulıtau vilayətlərində əhalinin azalması müşahidə olunur: Əhali ən çox yanvar-oktyabr aylarında Şimali Qazaxıstanda - 1,39%, eləcə də Abay rayonunda - 0,70% azalıb.

Şimali Qazaxıstan vilayətində ölüm doğum nisbətini üstələyib və əhalinin təbii azalması davam edir.

Bütövlükdə Qazaxıstanda miqrasiya saldosu müsbət olaraq qalıb, regional olaraq isə yalnız beş regionda - üç meqapolisdə, həmçinin Almatı və Manqistau vilayətlərində müsbət olub. Gedənlərin çoxu Türküstan, Jambil vilayətləri və Jetısuda olub.

Qazaxıstanda şəhər əhalisi 2024-cü ilin yanvar-noyabr aylarında 1,95% artaraq 12 751,3 min nəfərə çatıb. Kənd əhalisi bu dövrdə 0,16% azalaraq 7milyon 514 min nəfər təşkil edib. Ölkədə şəhər əhalisinin xüsusi çəkisi 62,9 faiz, kənd əhalisinin payı 37,1 faiz təşkil edib.

Əziz Mustafa, Oxuməni.az