Kanadanın müxalifət lideri ölkənin ABŞ-a qoşulmasının qarşısını alacağına söz verib

Kanadanın müxalifət lideri ölkənin ABŞ-a qoşulmasının qarşısını alacağına söz verib

8 Yanvar 12:20
Bəyəndim (1) Bəyənmədim (0)

Kanadanın müxalif Mühafizəkarlar Partiyasının lideri Pierre Poilievre seçkilərdə qalib gələcəyi təqdirdə ölkənin ABŞ-a qoşulmasının qarşısını alacağını və sərhədlərinin, o cümlədən Arktikanın təhlükəsizliyini təmin edəcəyinə söz verib.

"Kanada heç vaxt 51-ci ştat olmayacaq" deyən siyasətçi çərşənbə axşamı "Kanada üçün mübarizə aparacağam" dedi.

Poilievre gələcəkdə Kanada sərhədlərinin tam təhlükəsizliyini təmin etmək niyyətində olduğunu da bildirib. "Mən baş nazir olanda biz silahlı qüvvələrimizi bərpa edəcəyik və sərhədə nəzarəti geri alacağıq , Rusiya və Çini kənarda saxlamaq üçün Arktikamıza nəzarəti geri alacağıq", - müxalifət lideri bildirib. O, həmçinin hazırkı Baş nazir Castin Trüdonu “bu aşkar şeyləri” amerikalılara çatdırmamaqda günahlandırıb.

Oxuməni.az