İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxacaq
Qərb ölkələri Tehrana qarşı BMT Təhlükəsizlik Şurasının sanksiyalarının bərpasını nəzərdə tutan snapback mexanizmindən istifadə etsələr, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxacaq. Bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai bildirib.
Bundan əvvəl Qərb KİV-ləri İranın “Avropa üçlüyü”nün nümayəndələri ilə apardığı danışıqlardan sonra İran diplomatlarının avropalıları Tehranın NPT-dən çıxmasının mümkünlüyü və nüvə doktrinasında dəyişiklik edəcəyi barədə xəbərdar etdiyini yazıb.
"İran heç vaxt öz müdafiə və ya hərbi potensialını heç kimlə müzakirə etməyib və ya danışmayıb. Lakin snapback mexanizmi işə salınarsa, o zaman cavabımız simmetrik olacaq. Bizim bəzi razılaşmalarda qalmaq üçün heç bir səbəbimiz olmayacaq". Baqai yayılan məlumatların doğruluğu ilə bağlı sualı cavablandırıb.
İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planında (JCPOA) nəzərdə tutulan snapback proseduru, nüvə proqramı ilə əlaqədar Tehrana qarşı BMT Təhlükəsizlik Şurasının bütün sanksiyalarının bərpasını nəzərdə tutur.
İran və Aİ3 (Böyük Britaniya, Almaniya və Fransa) arasında İranın nüvə proqramı ilə bağlı danışıqların sonuncu raundu yanvarın 13-də Cenevrədə baş tutub. Onun nəticələrindən sonra tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.
Əziz Mustafa, Oxuməni.az