Britaniya kəşfiyyatı Rusiyanın müharibədəki itkilərini açıqlayıb
Britaniya kəşfiyyatının məlumatına görə, 2024-cü il Ukraynaya qarşı müharibədə ölən və yaralananların sayına görə Rusiya üçün rekord il olub.
Bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi X şəbəkəsində məlumat verib.
Britaniya kəşfiyyatının məlumatları rus işğalçılarının itkilərinin hər il necə artdığını göstərir:
• 2022 — 105 960;
• 2023 — 252 940;
• 2024 – 429 660.
Genişmiqyaslı müharibə başlayandan bəri ümumi itkilər 790 mini keçib.
Ruslar ən böyük itkilərini keçən ilin dekabr ayında veriblər - 48 670 nəfər ölüb və yaralanıb. Bu, müharibənin hər hansı digər ayında olduğundan çoxdur.
2024-cü ilin ikinci yarısında Rusiyanın itkiləri durmadan artıb.
“Rusiya son aylarda Ukraynanın qeyri-qanuni işğalı zamanı hər zamankından daha çox itki verib”, - Böyük Britaniya Müdafiə Nazirliyi bildirib.
Oxuməni.az