ABŞ Kanada mallarına rüsum tətbiq edərsə sərt cavab alacaq

ABŞ Kanada mallarına rüsum tətbiq edərsə sərt cavab alacaq

10:54
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Trampın administrasiyası Kanada idxalına tariflər tətbiq edərsə, Kanada müvafiq cavab zərbəsi endirməyə hazırdır. Bunu Kanadanın baş naziri Castin Trüdo deyib.

Qeyd edək ki, Amerika lideri fevralın 1-dən Kanada mallarına qarşı gömrük rüsumlarını 100 faiz qaldırmaq istəyir.

Trudo bildirib ki, Kanada Trampa Amerika üçün yeni “qızıl dövr” vədini yerinə yetirməyə kömək edə bilər. Bununla belə, o, xəbərdarlıq edib ki, ABŞ prezidenti Kanada mallarına gömrük rüsumları tətbiq etsə, Ottava cavab zərbəsi endirəcək.

“Biz bilirik ki, Birləşmiş Ştatlar iş yerlərini, istehsalı və iqtisadi artımı artıracaqsa, daha çox enerjiyə, daha çox resursa, taxta-şalban, beton, polad, alüminium və ölkənin iqtisadiyyatı üçün vacib olan kritik minerallara qədər hər şeyə ehtiyac duyacaq ”, - deyə o bildirib.

Oxuməni.az