Tramp Rusiyaya təzyiq göstərməyə haradan başlayacağını bildirib
ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı bildirib ki, Vladimir Putin Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlara razılıq verməsə, Rusiya Federasiyasına qarşı əlavə sanksiyalar tətbiq edə bilər. Bu barədə “DPA” agentliyi xəbər verir.
Tramp hansı məhdudlaşdırıcı tədbirlərin görülə biləcəyini açıqlamayıb, lakin qeyd edib ki, onun administrasiyası Kiyevə silah tədarükü məsələsini də nəzərdən keçirir. Eyni zamanda o, Avropa İttifaqının Ukraynanın müdafiəsinə dəstək verməkdə daha fəal rol oynamalı olduğunu vurğulayıb.
“Biz Vladimir Zelenski ilə müzakirələr aparırıq və yaxın vaxtlarda prezident Putinlə bu məsələni müzakirə edəcəyik”, – Tramp Ağ Evdə jurnalistlərə deyib.
Amerika lideri son telefon danışığında Çin prezidenti Si Cinpini münaqişənin həlli üçün Rusiyaya təsir göstərməyə çağırdığını da bildirib, lakin Pekinin hələ də ciddi addımlar atmadığını qeyd edib.
Almaz Həsənli