
Çin ordusu “Sülh naminə 2025” təlimləri üçün Pakistana iki gəmi göndərəcək
Çin Xalq Azadlıq Ordusu “Sülh 2025” çoxtərəfli hərbi təlimlərində iştirak etmək üçün Pakistana iki gəmi göndərəcək. Bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi idarənin WeChat səhifəsində qeyd edildiyi kimi, Pakistan Silahlı Qüvvələrinin dəvətinə cavab olaraq Pekin fevralın birinci yarısında Baotou esminesini və Qaoyuhu gəmisini adı çəkilən ölkəyə göndərəcək. Qarşıdakı manevrlərə dəniz təchizatı və piratla mübarizə kimi əməliyyatlar daxil olacaq.
Bundan əlavə, hava hücumundan müdafiə sahəsində axtarış-xilasetmə missiyaları və əlaqələndirilmiş hərəkətlərin məşq edilməsi planlaşdırılır. Qeyd olunur ki, bu tədbirlərin əsas məqsədi “birgə təhlükəsizliyin təmin edilməsi sahəsində bacarıqların təkmilləşdirilməsidir.
Əziz Mustafa, Oxuməni.az