Donald Trampla Vladimir Putin arasında telefon danışığı olub

Donald Trampla Vladimir Putin arasında telefon danışığı olub

10 Fevral 14:18
Bəyəndim (1) Bəyənmədim (0)


“The New York Post” ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı apardığını yazıb. Qəzet aydınlaşdırır ki, danışıqlar Rusiyanın Ukraynaya qarşı müharibəsinin mümkün sona çatmasına həsr olunub. Tramp deyib ki, o, artıq Putinə neçə dəfə zəng etdiyini “deməməyi üstün tutur”.
Amerika prezidentinin sözlərinə görə, Putin “insanların döyüş meydanlarında ölməsini dayandırmasını istəyir”. "Bütün bu ölənlər, gəncdilər, gözəldilər. Onlar ki, uşaq kimidirlər.İki milyon-heç bir səbəb olmadan,"- Tramp ölənlər haqqında deib. O, bu rəqəmləri haradan aldığını dəqiqləşdirməyib, lakin bir daha bəyan edib ki, Ukraynada müharibə başlayan vaxt prezident Co Bayden deyil, o olsaydı, bu müharibə baş verməzdi.
Tramp həmçinin müharibəni bitirmək üçün konkret planının olduğunu təkrarlayıb, lakin onun təfərrüatlarını açıqlamayıb. Trampla Putin arasında mümkün söhbətin nə vaxt baş tutduğu açıqlanmır. Bu barədə nə Moskva, nə də Rusiya mənbələri məlumat verməyib. İki ölkə prezidentləri arasında telefon danışığı faktını təsdiqləyən başqa mənbə yoxdur.
Prezident Trampın milli təhlükəsizlik müşaviri Mayk Vals “NBC” telekanalına müsahibəsində Trampla Putin arasında telefon danışığı olub-olmaması sualına birbaşa cavab verməyib.
Putinin mətbuat katibi Dmitri Peskov “TASS”-a verdiyi şərhdə bildirib ki, o, Putinlə Tramp arasında telefon danışığı ilə bağlı məlumatı “nə təsdiq edə, nə də təkzib edə” bilər, çünki Rusiya və ABŞ administrasiyaları arasında “bir çox əlaqə müxtəlif kanallar vasitəsilə yaranır” və o, bunların hamısı haqqında məlumat ala bilmir.
Almaz Həsənli