
ABŞ-ın maliyyə naziri Zelenski ilə görüşmək üçün Ukraynaya səfər edəcək
ABŞ prezidenti Donald Tramp ABŞ-ın maliyyə naziri Skott Bessenti Vladimir Zelenski ilə görüşmək üçün Ukraynaya göndərəcəyini bildirib.
"Mən Xəzinədarlıq katibi Skott Bessenti prezident Zelenski ilə görüşmək üçün Ukraynaya göndərirəm. Bu müharibə tezliklə bitməlidir və əks halda çoxlu ölüm və dağıntılar olacaq", - o, Truth Social-da yazıb.
"Birləşmiş Ştatlar dünyada milyardlarla dollar xərcləyib, amma nəticə azdır. Amerika güclü olanda dünya sülhdədir", - ABŞ prezidenti bəyan edib.
Fevralın əvvəlində Tramp bildirib ki, ABŞ Ukraynadan nadir torpaq metalları almaqda maraqlıdır. Zelenskinin sözlərinə görə, Vaşinqtona təklif olunan minerallar, o cümlədən nadir torpaq metalları Kiyevin nəzarətində olmayan ərazilərdə yerləşir. Reuters agentliyinə müsahibəsində Zelenski sövdələşməyə hazır olduğunu bildirib və təhlükəsizlik zəmanəti müqabilində Trampa Ukraynanın mineral ehtiyatlarını və yeraltı qaz anbarlarını təklif edib.
Əziz Mustafa, Oxuməni.az