Trampla Putin arasında telefon danışığı olub

Trampla Putin arasında telefon danışığı olub

13 Fevral 10:41
Bəyəndim (3) Bəyənmədim (0)


Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla telefonla danışıb.
Bu barədə Oxuməni.az “TASS” agentliyinin yaydığı məlumata istinadla xəbər verir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, ölkə liderləri arasında söhbət təxminən bir saat yarım davam edib. Söhbətin əsas məqamları:
- ABŞ prezidenti Ukraynada hərbi əməliyyatların tezliklə dayandırılmasının tərəfdarı olduğunu söyləyib;
- Putin Trampa deyib ki, Ukraynadakı münaqişənin köklü səbəblərini aradan qaldırmaq lazımdır;
- Rusiya lideri Trampla razılaşıb ki, Ukraynada uzunmüddətli nizamlanmaya danışıqlar yolu ilə nail olmaq olar;
- Putin Trampı Moskvaya dəvət edib;
- dövlət başçıları şəxsi görüş təşkil etmək barədə razılığa gəliblər;
- Putin Trampın birgə işləmək vaxtının yetişdiyi barədə iddiasını dəstəkləyib;
- Tramp Putinlə Yaxın Şərq mövzusunu müzakirə etdiyini söyləyib;
- Amerika lideri deyib ki, o, Putinlə səfər mübadiləsi barədə razılığa gəliblər;
- Rusiya Federasiyasının rəhbəri ABŞ prezidentinə Amerika rəsmilərini Rusiyada, o cümlədən Ukrayna mövzusunda qəbul etməyə hazır olduğunu bildirib.
Oxuməni.az