Fransanın keçmiş baş naziri Kasteks mənimsəmə şübhəsi ilə saxlanılıb

Fransanın keçmiş baş naziri Kasteks mənimsəmə şübhəsi ilə saxlanılıb

14 Fevral 08:36
Bəyəndim (2) Bəyənmədim (0)

2020-2022-ci illərdə Fransanın baş naziri olmuş və hazırda Paris Nəqliyyatının Muxtar İdarəsinə rəhbərlik edən Jan Kasteks saxtakarlıq və dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilinərək həbs edilib. Bu barədə BFMTV kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, Kasteks Monpelye şəhərində jandarmlar tərəfindən saxlanılıb.

Eyni zamanda telekanalın mənbəsi bildirib ki, “hazırda Kasteksin dövlət vəsaitini necə mənimsəməsi məsələsi araşdırılır”.

Əziz Mustafa, Oxuməni.az