
Fidan və Rubio Ukrayna münaqişəsini müzakirə ediblər
Türkiyənin xarici işlər naziri Hakan Fidan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində yeni dövlət katibi Marko Rubio ilə görüşüb. Bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib. O qeyd edib ki, bu, ABŞ-ın yeni administrasiyası formalaşandan sonra nazirlər arasında ilk üzbəüz danışıqlardır:
"Fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində xarici işlər naziri Hakan Fidan ABŞ-ın dövlət katibi Marko Rubio ilə görüşüb. Bu görüş iki nazir arasında ilk şəxsi görüş olub. Onlar Türkiyə ilə ABŞ arasında ticarət və iqtisadi əlaqələri, o cümlədən müdafiə sənayesini müzakirə ediblər, Suriyadakı vəziyyəti, Qəzza zolağında baş verənləri dəyərləndiriblər və Ukrayna müharibəsi ilə bağlı məsələləri müzakirə ediblər." O əlavə edib ki, Rusiya və Ukrayna arasında münaqişənin həlli kontekstində “hadisələrin mümkün inkişafı” ətraflı müzakirə olunub.
Fidan Rubioya “Region ölkələrinin İŞİD Rusiyada ilə mübarizə üçün hansı addımlar ata biləcəyi barədə də məlumat verib.
Əziz Mustafa, Oxuməni.az