
Avropa Komissiyasının ABŞ-ın Rusiya və Ukrayna üzrə xüsusi elçisi ilə görüşü təxirə salınıb
Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Donald Trampın ABŞ-ın Rusiya və Ukrayna üzrə xüsusi elçisi Keyt Kelloq ilə görüşü bazar ertəsindən fevralın 18-i çərşənbə axşamına təxirə salınıb. Bu barədə Brüsseldə jurnalistlərə Aİ-nin yüksək səviyyəli nümayəndəsi bildirib.
"Görüş çərşənbə axşamı səhərə təyin edilib",- deyə o bildiirb.
Fevralın 14-də Avropa Komissiyası ABŞ-ın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun fevralın 17-də Brüsseldə Ursula fon der Leyen ilə görüşəcəyini açıqlamışdı.
ABŞ prezidenti Donald Tramp daha əvvəl Kelloqun Ukraynaya səfər etmək niyyətində olduğunu bildirmişdi.
Əziz Mustafa,Oxuməni.az
Digər xəbərlər