Abbas və Makron Qəzzada atəşkəsi gücləndirməyə çağırıblar

Abbas və Makron Qəzzada atəşkəsi gücləndirməyə çağırıblar

17 Fevral 08:17
Bəyəndim (2) Bəyənmədim (0)


Fələstin prezidenti Mahmud Abbas Fransa prezidenti Emmanuel Makron ilə telefon danışığı keçirib və Fələstin ərazilərindəki son hadisələri müzakirə ediblər.
Fələstinin WAFA xəbər agentliyinin verdiyi məlumata görə, iki lider "fələstinlilərin öz torpaqlarından didərgin düşməsinə qarşı çıxıblar. Onlar fələstinlilərə təcili humanitar yardımın göstərilməsinə, Qəzzə zolağında atəşkəsin gücləndirilməsinə və Fələstin Milli Administrasiyasının Qəzza zolağına görə məsuliyyəti öz üzərinə götürməsinə çağırdılar.

Abbas və Makron “beynəlxalq hüquqa əsaslanan iki dövlətli həll yoluna nail olunmasının, eləcə də bu ilin iyununda beynəlxalq sülh konfransının keçirilməsinin” zəruriliyini bəyan ediblər.

Əziz Mustafa, Oxuməni.az