
Estoniya Xarici İşlər Nazirliyi Putini "küncə sıxmağa" çağırıb
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna deyib ki, Avropa Ukrayna ilə bağlı danışıqlarda Rusiya prezidenti Vladimir Putini “küncə sıxmağa" çağırıb.
Onun sözlərinə görə, Avropa liderləri Rusiya-Ukrayna münaqişəsi üzrə danışıqlarla bağlı qətiyyətli hərəkət etməlidirlər.
Bundan əvvəl Yunanıstanın baş naziri Kiriakos Mitsotakis bildirmişdi ki, Avropa Ukraynada nizamlanma üçün danışıqlar masası arxasında olmalıdır.
Siyasətçinin fikrincə, Avropa ölkələrinin “geosiyasi yetkinləşməsinin” və onların dünya münasibətlərinin yeni xəritəsində xüsusi yer tutmasının vaxtı çatıb.
Bir gün əvvəl Münhen Təhlükəsizlik Konfransında ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq bildirmişdi ki, Avropa ölkələri Ukrayna ilə bağlı sülh danışıqlarında “fiziki olaraq” iştirak edə bilməzlər. Lakin regionun maraqları nəzərə alınacaq.
ABŞ prezidenti Donald Trampın Aİ mallarına ixrac rüsumlarını artırmaq planlarına gəlincə, baş nazir bu addımın nə Vaşinqtonun, nə də Aİ-nin maraqlarına uyğun olmadığını bildirib.
Əziz Mustafa, Oxuməni.az