
Kreml Putin və Tramp arasında mümkün danışıqlar tarixini açıqlayıb
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında danışıqlar fevralın sonuna qədər və ya daha gec baş tuta bilər, “TASS” xəbər verir.
“Qərb mediası çox yazır, bizim media çox yazır... Ola bilər, olmaya da bilər”, - deyə Peskov Putin və Tramp arasında danışıqların fevralın sonuna qədər baş tuta biləcəyi sualına cavab verib.
Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, danışıqların təşkili Xarici İşlər Nazirliyindən müəyyən hazırlıq tələb edəcək, “RİA Novosti” yazır.
Donald Tramp bir gün əvvəl demişdi ki, fevralın sonuna qədər Vladimir Putinlə görüşə bilər. Fevralda Rusiya prezidenti ilə belə bir görüş barədə suala Tramp “Bəlkə də” dedi.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov fevralın 18-də deyib ki, Putinlə Tramp arasında görüş “gələn həftə, yəni fevralın 24-dən martın 2-dək baş tutmayacaq”.
Almaz Həsənli