Zelenski istefasının şərtlərini açıqlayıb

Zelenski istefasının şərtlərini açıqlayıb

19 Fevral 16:25
Bəyəndim (4) Bəyənmədim (0)


Ukrayna prezidenti Vladimir Zelenski istefasına yalnız Ukraynanın Avropa İttifaqı (Aİ) və Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv olmasından sonra icazə verib. O, bu barədə “ARD” telekanalına müsahibəsində bildirib.
"Nə qədər ki, bizdə bu yoxdur, mən ölkəmi müdafiə edəcəyəm," - siyasətçi bildirib.
Zelenski Kiyevin Aİ və NATO-ya üzv olmasını onun istefası üçün şərt adlandırıb və münaqişənin həlli zamanı Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin alınmasının vacibliyinə toxunub. Siyasətçinin fikrincə, bu, onun uğurunun göstəricisi və hər şeyə nail olduğuna işarə olardı. O, Rusiyadan ona qarşı siyasi təzyiqin olduğunu da açıqlayıb.
Almaz Həsənli