Rusiya və ABŞ 2024-cü ildə gizli şəkildə Ukraynanı müzakirə ediblər

Rusiya və ABŞ 2024-cü ildə gizli şəkildə Ukraynanı müzakirə ediblər

21 Fevral 11:49
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiya və ABŞ nümayəndələri bir neçə dəfə İsveçrədə gizli görüşərək Ukraynada müharibənin dayandırılmasını müzakirə ediblər.

Oxuməni.az xəbər verir ki, bu barədə “Reuters” məsələ ilə tanış olan üç həmsöhbətinə istinadən məlumat yayıb.

Agentliyin mənbələrindən verilən məlumata görə, görüşlər ötən aylar, o cümlədən ötən həftə baş tutub.

“Reuters”-in həmsöhbətləri danışıqları bir-birini tamamlayan kanal kimi təsvir ediblər, bəzi təmaslar prezident Donald Trampın 5 noyabr 2024-cü il seçkilərində qalib gəlməsindən sonra keçid dövründə baş verib.

Agentlik yazır ki, bu danışıqların iştirakçıları diplomatik və təhlükəsizlik təcrübəsinə malik olsalar da, onlar dövlət rəsmiləri deyillər və onların hökumətləri tərəfindən göndərilib-göndərilmədiyi dərhal bəlli deyil.

Mənbələr danışıqları aparanların adlarını çəkməkdən imtina ediblər. Lakin onlar qeyd ediblər ki, ən azı az sayda Tramp müşavirləri görüşlərdən xəbərdardır.

“Reuters” qeyd edir ki, şərh üçün Ağ Evin Milli Təhlükəsizlik Şurası, Ukrayna hökuməti və Rusiya Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb, lakin onlar sorğulara cavab verməyiblər.

Almaz Həsənli