Özbəkistan Serbiyaya əmək miqrantları göndərməyi planlaşdırır

Özbəkistan Serbiyaya əmək miqrantları göndərməyi planlaşdırır

24 Fevral 15:27
Bəyəndim (1) Bəyənmədim (0)

Özbəkistan Serbiyaya əmək miqrantları göndərməyi planlaşdırır.

Serbiyaya səfər edən Özbəkistan xarici işlər nazirinin müavini Olimjon Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Avropa ölkəsinin məsul strukturları ilə danışıqlar aparıb.

Görüş zamanı xarici əmək miqrasiyası sahəsində əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri, viza rejiminin sadələşdirilməsi, eləcə də Serbiyada çalışan Özbəkistan vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsi müzakirə olunub.

Ehtimal olunur ki, özbək miqrantlar pul qazanmaq üçün Serbiyaya gedə biləcəklər. Bundan əlavə, ölkələr viza qaydalarını sadələşdirməyə razılaşa bilərlər.

Əziz Mustafa, Oxuməni.az