
Moskva və Düşənbə hərbi strateji tərəfdaşlıq proqramını təsdiqləyib
Rusiya və Tacikistan iki ölkə arasında hərbi və hərbi-texniki sahədə 2030-cu ilə qədər strateji tərəfdaşlıq proqramını təsdiqləyib. Rusiya və Tacikistan müdafiə nazirliklərinin rəhbərləri Moskvada prezidentlər Vladimir Putin və Emoməli Rəhmonun iştirakı ilə müvafiq sənədləri mübadilə ediblər.
“Rusiya Federasiyasının müdafiə naziri Andrey Belousov və Tacikistan Respublikasının müdafiə naziri Emoməli Sobirzoda hərbi və hərbi-texniki sahədə 2026-2030-cu illər üçün strateji tərəfdaşlıq proqramını təsdiqləyiblər”, - deyə iki nümayəndə heyətinin görüşündə sənədlərin imzalanması mərasimində bildirilib bildirib.
Rusiya Müdafiə Nazirliyi həmçinin bildirib ki, iki nümayəndə heyətinin görüşü zamanı “Rusiya və Tacikistan arasında yaxın gələcəkdə hərbi və hərbi-texniki əməkdaşlığın vəziyyəti müzakirə edilib və inkişaf planları razılaşdırılıb”. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi Telegram-kanalında yerləşdirilmiş məlumatda deyilir.
Əziz Mustafa, Oxuməni.az