Kreml SWIFT-in Rusiyaya qismən qaytarılacağını açıqladı

Kreml SWIFT-in Rusiyaya qismən qaytarılacağını açıqladı

26 Mart 11:38
Bəyəndim (2) Bəyənmədim (0)

Rusiya və ABŞ arasında Qara dənizlə bağlı razılaşmalar yalnız Qərbin bir sıra Rusiya banklarına qarşı sanksiyaları ləğv etməsindən və onların SWIFT sisteminə çıxışını bərpa etdikdən sonra qüvvəyə minəcək. Bu barədə məlumat Kremlin rəsmi saytında yerləşdirilən bəyanatda yer alıb.
“Rosselxozbank və qida (o cümlədən balıq məhsulları) və gübrələrin beynəlxalq ticarəti üzrə əməliyyatların təmin edilməsi, onların SWIFT-ə qoşulması, lazımi müxbir hesabların açılması ilə məşğul olan digər maliyyə təşkilatlarından sanksiyaların götürülməsi”, - deyə məlumatda bildirilir.
Bundan əlavə, sövdələşmənin başlanması üçün şərtlər arasında ticarətin maliyyələşdirilməsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması, qida məhsulları, gübrə istehsal və ixrac edən şirkətlərə qarşı sanksiyaların aradan qaldırılması daxildir. Digər tələb ərzaq və gübrə yükləri ilə işləyən sığorta şirkətlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlıdır.

Almaz Həsənli