Çin, İran və Rusiya hərbi dəniz qüvvələri birgə dəniz təlimləri keçirib

Çin, İran və Rusiya hərbi dəniz qüvvələri birgə dəniz təlimləri keçirib

28 Mart 13:31
Bəyəndim (5) Bəyənmədim (0)


Çin, İran və Rusiya hərbi dəniz qüvvələri martın 9-dan 13-dək İranın Çabahar limanı yaxınlığında “Təhlükəsizlik kəməri 2025” kod adlı birgə təlimlər keçirib,bu barədə cümə axşamı Çin Müdafiə Nazirliyinin sözçüsü U Çyan bildirib. Oxumeni.az bu barədə “Sinxua” agentliyinə istinadən xəbər verir.
“Sülh və təhlükəsizliyin birgə gücləndirilməsi” mövzusunu daşıyan təlimlər çərçivəsində üç tərəf 10-dan çox gəmi, o cümlədən xüsusi əməliyyat qüvvələri və dalğıc bölmələri göndərib. O əlavə edib ki, tədbir terrorizm və dəniz quldurluğu ilə mübarizə tədbirlərinin həyata keçirilməsinə həsr olunub.
Onun sözlərinə görə, təlimdə iştirakçı qüvvələrin taktiki komandanlıq koordinasiyası və birgə əməliyyat imkanları sınaqdan keçirilib, hərbi inam və praktiki əməkdaşlıq səviyyəsi gücləndirilib.
Çin, İran və Rusiyanın 2019-cu ildən bəri beş birgə dəniz təlimi keçirdiyini qeyd edən U Çyan əlavə edib ki, Çin bütün tərəflərlə dəniz təhlükəsizliyi sahəsində fəal əməkdaşlıq etməyə, qlobal və regional sülh və sabitliyə yeni töhfələr verməyə hazırdır.
Almaz Həsənli