
Çexiyanın Olomouc şəhərində texnogen fəlakətə görə fövqəladə vəziyyət elan edilib
Çexiya Respublikasının şərqindəki Olomouc bölgəsində benzela zəhərlənməsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Bu barədə Euronews xəbər verir.
Hadisə ötən ay baş versə də, fevralın 28-də benzolun gölə və qrunt sularına sızması xəbəri yayılanda vəziyyət fəlakətli olub.
Yük qatarı Hustopece stansiyasının girişində böyük sürət səbəbindən relsdən çıxıb. 17 vaqonun əksəriyyəti qəzadan dərhal sonra yanıb. 1000 tondan çox benzol daşıyan çənlərdən 350 tona yaxın benzol yeraltı sulara sızıb.
Fövqəladə vəziyyətlə bağlı sərəncam yerli hakimiyyət orqanlarına resursları ayırmaq və təcili yardım işlərinə başlamaq üçün xüsusi səlahiyyətlər verir. Təsirə məruz qalan su anbarlarından benzolun çıxarılması istiqamətində artıq işlər aparılır. Dəmiryol relsləri ilə su arasında onlarla təmizləyici çuxur qazılmış, daha da yayılmasının qarşısını almaq üçün xüsusi metal konstruksiyalar (Larsen vərəqləri) quraşdırılmışdır. Səlahiyyətlilər yanğının və texnogen fəlakətin zərərinin 40 milyon avronu keçəcəyindən ehtiyat edirlər.
Böhranın təsirini yumşaltmaq üçün fövqəladə vəziyyət aprelin 27-dək qüvvədə qalacaq.
Əziz Mustafa, Oxuməni.az