
Tramp ABŞ hərbçilərinin Panamada yerləşdiriləcəyini elan edib
ABŞ prezidenti Donald Tramp Amerika qoşunlarının Panamada yerləşdirildiyini bildirib. O qeyd edib ki, söhbət çoxlu sayda hərbi qulluqçudan gedir. Bu barədə RİA Novosti xəbər verir.
"Biz çoxlu qoşunu Panamaya köçürdük və əvvəllər malik olduğumuz bəzi əraziləri doldurduq" deyə Tramp bəyan edib.
Amerika liderinin sözlərinə görə, hazırda bu ərazilər yaxşı nəzarət altındadır.
Bundan əvvəl ABŞ və Panama arasında Amerika hərbi gəmilərinin Panama kanalından prioritet və sərbəst keçməsi haqqında çərçivə sazişi imzalandığı bildirilirdi.
Pentaqonun rəhbəri Pit Heqset ABŞ üçün prioritetin milli maraqlarını qorumaq və Panama kanalına sərbəst çıxışı təmin etmək olduğunu bildirmişdi.
Əziz Mustafa, Oxuməni.az
Digər xəbərlər