
Aİ-nin Rusiya yanacağından imtinaya dair yol xəritəsi may ayına qədər hazır olacaq
Mayın əvvəlində Avropa İttifaqı Rusiyanın qalıq yanacaqlarından imtina üçün yol xəritəsi hazırlayıb təqdim etmək niyyətindədir. Bu barədə Bloomberg məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Sənəd ilin əvvəlində dərc edilməli idi, lakin ABŞ prezidenti Donald Trampın mövqeyinin müəyyənləşdirilməsi zərurəti onu bir kənara qoymağa məcbur etdi. O cümlədən, Vaşinqtondan Ukrayna və Avropa İttifaqına qarşı çoxsaylı iddialar fonunda təbii qazın alınmasından imtina ilə bağlı addımlara yenidən baxılması tələb olundu.
Yeni versiyada Avropa Komissiyası ticarət alətlərindən, məsələn, kvota və ya tariflərdən istifadə etməyi tövsiyə edə bilər. Faktiki hüquqi təklif daha sonra blok üzvlərinə təqdim olunacaq.
Yeni yanaşmanın üstünlüyü ondan ibarətdir ki, o, sənədi səs çoxluğu ilə təsdiq edilə bilər, buna blokun bütün üzvlərinin razılığı tələb olunmur.
Eyni zamanda, istisna edimir ki, Rusiya ilə Ukrayna arasında sülh sazişi bağlanarsa, Avropa Rusiya qazının alışını əvvəlki illərdəki səviyyədə olmasa da artıra bilər. Bundan əvvəl Reuters agentliyi regionun ən böyük enerji şirkətlərinin rəhbərlərinə istinadən eyni şeyi bildirmişdi. Bununla belə, onlar onu da qeyd edirlər ki, Ukrayna münaqişəsi həll olunmasa, belə bir həll mümkün olmayacaq.
Əziz Mustafa, Oxuməni.az